Elan #250946
- ŞəhərBakı
- Yaş35 - 55 yaş
- TəhsilAli
- İş təcrübəsi5 ildən artıq
- Elanın tarixiMay 08, 2025
- Bitmə tarixiİyun 07, 2025
- Telefon
- E-mail
Vəzifə öhdəlikləri:
- Şöbədaxili prosedur, əsasnamə və təlimatların hazırlanmasında birbaşa iştirak etmək;
- Şöbənin fəaliyyətini təşkil etmək, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, vəzifə öhdəliklərinin düzgün və tam icra olunmasına nəzarət etməklə icra edilmiş işləri təhvil almaq;
- Tabeçiliyində olan işçilərin inkişafı və karyera artımı üçün şərait yaratmaq, onların mükafatlandırılması və performans dəyərləndirilməsində təşəbbüs göstərmək;
- Qəbul edilmiş layihə əsasında tələblərin dolğunluğunu və keyfiyyətini təmin etməklə ilkin smetanı müəyyən etmək;
- Layihənin texniki icraat üzrə müfəssəl mərhələlərə bölgüsünü təşkil etmək;
- Əsaslı təmir-tikinti və yenidən quraşdırma işlərinin bütün mərhələlərdə prosesləri analiz etmək, izləmək və smetaya uyğunluğuna nəzarət etmək;
- Layihədə ediləcək cari dəyişikliklər zamanı smeta sənədlərində müvafiq düzəliş və əlavələri aparmaqla rəhbərliklə razılaşdırmaq;
- Tikintinin hər bir mərhələsində plan üzrə istifadə olunacaq mal - material, işçi qüvvəsi və maddi-texniki bazanın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
- Hər bir mərhələ üçün müəyyən edilmiş normalar üzrə bazar qiymətlərinə uyğun smeta dəyərinin hazırlanmasına nəzarət etmək;
- Hazırlanmış smetaları cəmləmək, təsdiq etmək, tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasını digər şöbələrlə birlikdə təşkil etmək və yekun sənədi müzakirə üçün rəhbərliyə təqdim etmək;
- Layihə-smeta sənədlərinin razılaşdırılma və təsdiqini qəbul olunmuş qaydada təşkil etmək, bu zaman ekspertiza və sifarişçi təşkilatların irad və təkliflərini nəzərə almaq, dəyişiklikləri sənədlərə əlavə etmək;
- Layihə və smeta şöbəsinin əsasnaməsi üzrə nəzərdə tutulan bütün öhdəlikləri həyata keçirmək.
İş şəraiti :
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və təcrübəsinə əsasən (2500-3000 man) müəyyən ediləcək;
- Korporativ nömrə ilə təmin olunma;
- Nahar şirkət tərəfindən verilir;
- İş rejimi: 6 günlük;
- Müvafiq sahə üzrə ali təhsil;
- Yaş həddi: 35-55 yaş
- Rəhbər vəzifədə azı 5 il iş təcrübəsi;
- Mükəmməl azərbaycan və rus dili biliyi;
- Microsoft Office, Auto CAD və 1C proqramlarından sərbəst istifadə etmək;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq.